Azərbaycanda 2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib

Azərbaycanda 2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib
10:32 30 Dekabr 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə 2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq olunub. Bu barədə “Report”a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21 , 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü), 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) iş günü hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 402 nömrəli qərarına əsasən 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.
Sənədə əsasən, 2016-cı ilin fevral ayı 29 təqvim günündən ibarət olduğuna görə il 366 təqvim günündən ibarət olacaq.
Gələn ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan 6-sı bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Növbəti ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2016-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edəcək. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2016-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1937 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları, altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏT: Göbəyi kəsilməmiş körpəni zibilliyə atdılar

22 İyul 2017 00:53

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17

Günəş şüaları altında qaralmağın yolları

21 İyul 2017 23:17

Qüdsdə iğtişaş: 3 ölü

21 İyul 2017 23:13

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

21 İyul 2017 23:05

Türkiyədə növbəti dəfə zəlzələ baş verib

21 İyul 2017 22:58

2 aylığında saçları ilə fenomen olmuşdu, indi isə... - FOTO

21 İyul 2017 22:57

Çaylarda son durum

21 İyul 2017 22:53

İnsanlar nə qədər plastik tullantısı yaradır? - İNANILMAZ RƏQƏM

21 İyul 2017 22:52

Günəş ləkələrinə qarşı maska - EVDƏ HAZIRLAYIN

21 İyul 2017 22:52

Beyninizi məşq etdirmək üçün TEST

21 İyul 2017 22:47

Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB

21 İyul 2017 22:47

Ağ Evin yeni mətbuat katibi bəlli oldu

21 İyul 2017 22:44

Ağ Evin yeni mətbuat katibi müəyyənləşdi

21 İyul 2017 22:43

Məktəb avtobusunda dünyanı gəzən cütlük - FOTO

21 İyul 2017 22:32

Marsa səyahət planı təxirə düşdü -

21 İyul 2017 22:29

Yumurtanı qaynadandan sonra suyunu atmayın - FAYDALARI

21 İyul 2017 22:27

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA

21 İyul 2017 22:27

Türkiyədə növbəti zəlzələ

21 İyul 2017 22:23

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

21 İyul 2017 22:22

Türkiyədə yenidən zəlzələ oldu

21 İyul 2017 22:19

Evtanaziya etmədilər, o da özünü öldürdü - FOTO

21 İyul 2017 22:17

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

21 İyul 2017 22:12

Donor əli olan ilk gənc - FOTO

21 İyul 2017 22:12