​Dərbənddə baş verən atışmada bir nəfər ölüb, hərbçi və mülki şəxslər yaralanıb

​Dərbənddə baş verən atışmada bir nəfər ölüb, hərbçi və mülki şəxslər yaralanıb
10:32 30 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Dağıstanın Dərbənd şəhərində baş verən atışma nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Dağıstanın güc strukturları məlumat yayıb.
Xəbərdə bildirilib ki, xəsarət alanlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var.
Məlumata görə, atışma Dərbənddəki Narınqalanın müşahidə meydanında baş verib. Hadisə yerindən müxtəlif çaplı silahlara məxsus 67 boş giliz aşkar edilib.
Hüquq-mühafizə orqanları hadisənin  başvermə səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/derbendde-bas-veren-atismada-bir-nefer-olub-herbci-ve-mulki-sexsler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR