Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda "qara" bazar açan 5 nəfər tutuldu

Bakıda "qara" bazar açan 5 nəfər tutuldu

Date: 30 December 2015 10:46

Bakıda qanunsuz valyuta mübadiləsinə qarşı tədbbirlər davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) ANS PRESS-ə verilən məlumata görə, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb.

Onlar dekabrın 29-da BŞBPİ-nin idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.

Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Dekabrın 28-də Bakıda "qara" bazar açmaqda ittiham edilən 3 nəfər tutulmuşdu. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.

Tags:  Bakıda qara bazar açan nəfər tutuldu

RƏYLƏR


Top news