Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı şəhər Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçdi

Bakı şəhər Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçdi

Date: 30 December 2015 10:53

Bakı. Samir Məmmədov - Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibəti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, Bakı şəhərində bayram günlərində təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması məqsədilə zəruri tədbirlərin keçirilməsi nəzərdə tutulub: "Bununla əlaqədar, Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimi ilə davam etdirir. Bakı şəhərində bayram tədbirlərinin keçirildiyi ərazilərdə küçə və yollar polis tərəfindən tam nəzarətə götürülərək tədbir iştirakçılarının, sakinlərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək. Çalışacağıq ki, bayram günlərində yol-nəqliyyat hadisələri olmasın. Artıq yol polisi Bakı şəhərinin küçə və yollarında təhlükəsiz hərəkətin təbliği və davranış vərdişlərinin aşılanması ilə bağlı tədbirlərə başlayıb. Tədbirlər yanvarın 5-nə qədər davam etdiriləcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakı şəhər Dövlət Yol Polisi gücləndirilmiş rejiminə keçdi

RƏYLƏR


Top news