Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb

Date: 30 December 2015 10:54

 

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ayrı-ayrı vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıblar. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin “Qoşa Təpə” gömrük postunda İran vətəndaşı Aghazadeh Mohammad Abolfazlın üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 2,35 qram olan həşiş qətranı, Azərbaycan vətəndaşı Vüqar Quliyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) üç ədəd bükümdə,  ümumi xalis çəkisi 43,4 qram olan heroin aşkar edilib.

 

 Bundan başqa, Azərbaycan vətəndaşı Tahir Hüseynovun idarə etdiyi “Mercedes Benz Actros” markalı yük avtomobilində xidməti itin tətbiqi ilə baxış zamanı avtomobilin kabinəsində xalis çəkisi 0,405 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

 


Tags:  Narkotik vasitələrin qaçaqmalçılıq yolu gətirilməsinin qarşısı alınıb

RƏYLƏR


Top news