Eldar Mansurovun oğlu Beynəlxalq Bankın dəstəyi ilə Çexiyada şirkət açıb

Eldar Mansurovun oğlu Beynəlxalq Bankın dəstəyi ilə Çexiyada şirkət açıb
10:59 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Çexiyaya məxsus “CzechConstructionService” MMC adlı tikinti şirkəti Azərbaycanda nümayəndəlik açıb.

 

Bu barədə “APA-Econonmics”ə Vergilər Nazirliyindən xəbər verilib.

 

Şirkətin qanuni təmsilçisi Anar Eldar oğlu Mansurovdur. Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir.

 

MMC cari ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb.

 

"APA-Economics"in araşdırması nəticəsində məlum olub ki, Anar Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Ülvi Mansurovun qardaşıdır. Bundan başqa, Çexiya internet resurslarında qeyd edilib ki, şirkətin tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır.

 

Onu da qeyd edək ki, Ülvi və Anar qardaşları xalq artisti, bəstəkar Eldar Mansurovun övladlarıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR