Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

Date: 30 December 2015 11:08


Tbilisi, 30 dekabr, AZƏRTAC
Gürcüstan parlamentinin dekabrın 29-da gecə saatlarına qədər davam edən iclasında hökumətin yeni tərkibi təsdiq olunub.
Hökumətin tərkibində demək olar ki, dəyişiklik olmayıb.
Yeni hökumətdə Baş nazir Giorgi Kvirikaşvilinin müavinləri energetika naziri Kaxa Kaladze və iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili olacaq. Xarici işlər naziri isə nazirin birinci müavini işləmiş Mixail Canalidze təyin olunub.
Səsvermə zamanı 86 deputat yeni hökumətin lehinə, 28 deputat isə əleyhinə səs verib. Yeni hökuməti əsasən “Milli hərəkat” və “Azad demokratlar” partiyaları dəstəkləməyiblər.
Bu gün yeni hökumətin ilk iclası keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Tags:  Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib


RƏYLƏR


Top news