Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çində şaxtanın dağıntıları altında qalan 8 nəfər 5 gündən sonra sağ xilas edilib

Çində şaxtanın dağıntıları altında qalan 8 nəfər 5 gündən sonra sağ xilas edilib

Date: 30 December 2015 11:17

Bakı. 30 dekabr. REPORT.AZ/ Çinin Şandun əyalətində beş gün əvvəl uçan şaxtanın dağıntıları altında qalan 8 nəfər xilas edilib.
"Report" "Sinxua"a agentliyinə istinadən xəbər verir ki, uçqun dekabrın 25-də baş verib. 
Beş gün əvvəl Şandun əyalətindəki gips şaxtası uçub, orada işləyən fəhlələrin bir hissəsi uçqun altında qalıb. Son məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb. Xilas edilən 8 fəhlə də daxil olmaqla, 11 nəfəri dağıntının altından sağ çıxarılıb.
Qəzadan əvvəl şaxtada 29 nəfər olub. Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq, uçan gips mədəninin sahibi Ma Konqbo intihar edib.
Onun meyiti müəssisə ərazisindəki quyudan tapılıb. Özünü öldürməzdən öncə o, dağıntılar altında qalanların axtarışında iştirak edib.
Çində əmək təhlükəsizliyinə əməl etməyən şirkət rəhbərləri və yerli məmurları həbs cəzası gözləyir.

Tags:  Çində şaxtanın dağıntıları altında qalan nəfər gündən sonra sağ xilas edilib

RƏYLƏR


Top news