Nalbandyan Azərbaycan - Ermənistan sərhədində (FOTO)

Nalbandyan Azərbaycan - Ermənistan sərhədində (FOTO)
11:21 30 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan – Azərbaycan sərhəd xəttinə səfər edib.

ANS PRESS-in Ermənistan KİV-lərinə istinadla verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətı xəbər yayıb. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış olub.

Nalbandyan əsgərlərlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ermənistanın səyləri barədə danışıb.

Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan – Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb.
17 dekabrda cəbhə xəttində baş verən döyüş toqquşmasından sonra Ermənistan ordusu 3 hərbçisinin öldüyünü açıqlamışdı.


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və hərbçilər


Atışma zamanı Aqazi Qriqoryan (1996-cı il), Ruben Aleksanyan (1996-cı il) öldürülmüşdü. Həmin itkilərdən sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan 19 dekabrda gözlənilmədən səhər saatlarında Dağlıq Qarabağa səfər etmişdi.


Azərbaycan - Ermənistan dövlət sərhədi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR