Sınıq-Körpü buraxılış məntəqəsində sərhəd və gömrük rəsmiləşdirilmə­sinin sadələşdirilməsi yoxlanılıb

Sınıq-Körpü buraxılış məntəqəsində sərhəd və gömrük rəsmiləşdirilmə­sinin sadələşdirilməsi yoxlanılıb
11:23 30 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilmə­sinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətinin yoxlanıl­­ması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntə­qəsin­də olublar.

DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, general-polkovnik E.Quliyev və gömrük xidməti general-leytenantı A.Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyətini yoxlayıb, dövlət sərhədindən keçən şəxslərlə söhbət edib və sərhəddən keçərkən üzləşdikləri problemlərlə maraqlanıblar.

DSX və DGK əməkdaş­larının iştirakı ilə birgə xidməti müşa­virə keçirilib və vəzifəli şəxslərin məruzələri dinlənilib. Xidməti müşa­virə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunub, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların təkmilləş­dirilib, dövlət sərhədindən buraxılış məntə­qəsin­də sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR