SOCAR-ın 150-dən çox işçisi “Helicopter Landing Officer” təliminin iştirakçısı olub

SOCAR-ın 150-dən çox işçisi “Helicopter Landing Officer” təliminin iştirakçısı olub
11:23 30 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) insan resursları departamentində (İRD) “Helicopter Landing Officer (HLO)” (təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınması) üzrə təlimlərdə iştirak etmiş SOCAR-ın işçilərinə sertifikatları təqdim edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “Neft daşları” və “Günəşli” yatağında baş vermiş faciədə həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. İRD-nin rəisi Asif Bəkirli idarənin fəaliyyəti, işçilərin bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi istiqamətində təşkil olunan təlimlərin vacibliyi barədə danışıb. O, SOCAR-da işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəmadi təlimlər keçirildiyini, təhlükəsiz əmək şəraitinin Dövlət Neft Şirkəti üçün yüksək prioritet kəsb etdiyini deyib.
Bildirilib ki, SOCAR-da yeni işə qəbul olunan bütün işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına yiyələnməsi üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə ilkin təlimatlandırma kursu keçirilir. “HLO” təlimlərinin keçirilməsinin vacibliyi barədə də tədbir iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, 2010-cu ildən bu günədək SOCAR-ın dənizdə yerləşən təyinat obyektlərində çalışan 150-dən çox əməkdaşı təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınması kurslarına cəlb edilib. “HLO” üzrə “SWHS” tərəfindən keçirilən təlimlərdə daha çox praktiki məşğələlərə və simulyasiyalara vaxt ayrılmasının məqsədəmüvafiqliyi qeyd edilib.
“Silkway Helicopter Services (SWHS)” MMC-nin aviasiya xidmət rəisi Elmar Dadaşov SOCAR-ın təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınmasının, sərnişinlərin (işçilərin) helikopterə minməsi və düşməsi zamanı təhlükəsizlik tədbirlərinin, o cümlədən “HLO” işini icra edən işçilər üçün təlimlərin təşkil olunmasının əhəmiyyətindən danışıb.
SOCAR-ın baş ofisinin daşımalara nəzarət departamentinin rəisi Elçin İbrahimov şirkətdə təhlükəsizlik qaydalarının yüksək prioritet olduğunu, işçilərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini bildirib və “HLO” üzrə təlimlərinin davamlı olaraq keçirilməsinin bu işlə məşğul olan işçilərin əmək fəaliyyətində müsbət nəticələr verdiyini söyləyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_150_den_chox_ischisi_Helicopter_Landing_Officer_teliminin_istirakchisi_olub-915470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR