Dövlət Yol Polisi Bakı məktəblilərin təhlükəsizliyi ilə bağlı tədbir keçirəcək

Dövlət Yol Polisi Bakı məktəblilərin təhlükəsizliyi ilə bağlı tədbir keçirəcək
11:38 30 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bayram günlərində azyaşlıların yol hərəkətinin təhlükəsizliyini təmin etmək və yol qəza hadisələrindən qorunması işlərinin genişləndiriılməsi məqsədilə məktəblilər arasında təbliğat tədbirləri keçirəcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, qurumun keçirəcəyi tədbir "Qış tətilini təhlükəsiz başa vuraq" mövzusunda olacaq. Tədbir ilk olaraq yanvarın 2-də Nəsimi rayonundakı 46 saylı məktəbdənkənar tədris müəssisəsində baş tutacaq. Tədbirdə Bakı şəhər məktəbliləri ilə yanaşı valideynlər və Bakı şəhər Təhsil İdarəsinin müəllim kollektivi də iştirak edəcək.

Tədbirlər qış tətili boyunca davam edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR