Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Doğu Perinçek: "HDP dərhal qapadılmalıdır!"

Doğu Perinçek: "HDP dərhal qapadılmalıdır!"

Date: 30 December 2015 11:44

 

Türkiyəli tanınmış siyasətçi, Vətən Partiyasının sədri Doğu Perinçek Türkiyə kürdlərinin muxtariyyət qərarı qəbul etmələri ilə bağlı bəyanatlarına sərt reaksiya verib.

 

Lent.az “Cihan” informasiya agentliyinə istinadən xəbər verir ki, partiya binasında mətbuat konfransı keçirən D.Perinçek kürdlərin bir neçə gün əvvəl Demokratik Toplum Konqresi təşkilatının adı altında keçirdiyi qurultayın Türkiyə üçün böyük təhdid olduğunu deyib.

 

Kürdlərin formalaşdırdığı Xalqların Demokratiyası Partiyasının (HDP) Türkiyə parlamentində təmsil olunmasını böyük təhlükə kimi dəyərləndirən sədr tələb edib ki, HDP ən qısa müddətdə bağlansın: “HDP  həm də terror təşkilatıdır və parlamentdə olmamalıdır. Millətimiz meydanlarda “Məclisdə PKK-nı görmək istəmirik!” deyə hayqırır. Bu, millətin tələbidir. Dünyanın heç bir yerində terror təşkilatı parlamentdə oturmur”.

 

HDP-nin bağlanması üçün məhkəmənin prokurorluq qarşısında məsuliyyət daşıdığını və bu addımı atmalı olduğunu deyən D.Perinçek Türkiyənin bütövlüyü, millətin birliyi və cumhuriyyətin gələcəyinə real təhlükənin yetişdiyini bəyan edib. O əlavə edib ki, kürd məsələsi daim xarici qüvvələrin əlində Türkiyəyə qarşı kart olub və bu məsələ artıq “canlı bomba” həddinə çatıb, partlamaq ərəfəsindədir.

 

Qeyd edək ki, D.Perinçek "Ərgənəkon" əməliyyatları zamanı həbs edilmiş siyasətçilərdəndir və 4 ildən çox məhbəs həyatı yaşayıb. O, həm də Avropada qondarma erməni soyqırımını inkar etdiyinə görə gündəmə gəlmişdi və Avropa Məhkəməsi siyasətçinin özünü ifadə etmək azadlığını tanıyaraq onu haqlı çıxarmışdı.

 


Tags:  Doğu Perinçek HDP dərhal qapadılmalıdır

RƏYLƏR


Top news