Bakıda heyvan və quş oğruları tutulub

Bakıda heyvan və quş oğruları tutulub
11:49 30 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 24-nə keçən gecə, Maştağa qəsəbəsi Ləhiş bağ massivində 1990-cı il təvəllüdlü Bəhruz Şıxəlizadənin həyətindəki tövlədən iri buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşdirilib. Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Çingiz Zərbəliyev və əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Heydər Cəfərov tutulub. Müəyyən edilib ki, onlar dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində Elçin Əliyevin həyətindəki tövlədən 7 ədəd xırda buynuzlu heyvan, dekabrın 21-nə keçən gecə Məmmədyar Məmmədova məxsus evdən tikinti alətləri, dekabrın 22-nə keçən gecə isə Bicay və Vicay Məmmədov qardaşlarının həyətindən 24 ədəd ev quşu oğurlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR