Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakcell” və “Xalq Bank”ın birgə keçirdiyi kampanıya çərçivəsində pulsuz danışıq dəqiqələri təklif olunur

“Bakcell” və “Xalq Bank”ın birgə keçirdiyi kampanıya çərçivəsində pulsuz danışıq dəqiqələri təklif olunur

Date: 30 December 2015 11:53


Bakı, 30 dekabr, AZƏRTAC
“Bakcell” mobil operatorunun “Xalq Bank” ilə birlikdə həyata keçirdiyi “Daha çox köçür, daha çox qazan!” kampaniyası davam edir. Kampaniya çərçivəsində “Xalq Bank”ın filiallarında fəaliyyət göstərən “Western Union”, “Contact”, “Privat Money”, “Lider”, UPT, “Blizko”, “Monex” pul köçürmə sistemlərindən istifadə edən müştərilərə mobil operatordan danışıq dəqiqələri hədiyyə olunur.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Xalq Bank”ın filiallarında qeyd olunan təcili pul köçürmə sistemləri vasitəsilə “Bakcell” abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.
Bankın filiallarında təcili beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 100 manatdan 500 manatadək pul köçürən və ya alan abunəçilərin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir. Beş yüz manatdan 1000 manatadək pul köçürən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürmənin məbləği 1000 manatdan yuxarıdırsa, abunəçiyə “Bakcell”dən 30 pulsuz danışıq dəqiqələri hədiyyə olunur.
Kampaniya çərçivəsində, “Monex” pul köçürmə sistemi vasitəsilə 101 manatdan 500 manatadək təcili pul köçürən müştərilərə 5 dəqiqə hədiyyə verilir. Beş yüz bir manatdan 1000 manatadək təcili pul köçürən müştərilərə “Bakcell” dən 10 dəqiqə, 1001 manatdan yuxarı təcili pul köçürən müştərilərə isə 15 pulsuz danışıq dəqiqələri hədiyyə olunur.

Tags:  Bakcell Xalq Bankın birgə keçirdiyi kampanıya çərçivəsində pulsuz danışıq dəqiqələri təklif olunur



RƏYLƏR


Top news