Trans-Sakit Okean Tərəfdaşlığının yaradılması barədə razılaşma fevralda imzalanacaq

Trans-Sakit Okean Tərəfdaşlığının yaradılması barədə razılaşma fevralda imzalanacaq
11:53 30 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 30 dekabr, AZƏRTAC 
ABŞ, Yaponiya və daha 10 ölkə tərəfindən yeni regional iqtisadi birlik olan Trans-Sakit okean Tərəfdaşlığının (TPP) yaradılması barədə oktyabrda əldə edilmiş razılaşmanın rəsmi təsdiqi üçün sənəd fevral ayında imzalanacaq. Bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, imzalanma mərasiminin keçiriləcəyi məkan hələlik dəqiqləşdirilməyib.
TPP çərçivəsində əmtəələrin, xidmətin və kapitalın sərbəst dövriyyəsinin təşkili məqsədilə iştirakçı ölkələr arasında rüsumların və digər maneələrin tamamilə aradan qaldırılması nəzərdə tutulur. Razılaşmada Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Yaponiya iştirak edirlər. Eyni zamanda, İndoneziya və Koreya Respublikası da bu razılaşmaya qoşulmaq niyyətindədirlər. Razılaşma ən azı altı iştirakçı ölkənin parlamentləri tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Yaponiyanın Baş naziri Şinzo Abe razılaşmanın parlamentdə ratifikasiyasına gələn ilin birinci yarısında nail olmaq niyyətindədir.
Bəzi ekspertlərin rəyinə görə, TPP regionda təsirini durmadan artıran Çinə qarşı yaradılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Trans_Sakit_Okean_Terefdasliginin_yaradilmasi_barede_razilasma_fevralda_imzalanacaq-915485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR