Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan çempionatında finalçılar bəlli olub

Azərbaycan çempionatında finalçılar bəlli olub

Date: 30 December 2015 11:57

Boks üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 49 kq çəki dərəcəsinin iki əsas favoritləri - Salman ƏlizadəAraz İmaməliyev yarımfinalda qalib gəliblər. Bu gün finalda "Gilan" klubunu təmsil edən iki boksçu qarşılaşacaq.

52 kq-da Kamran Məlikov "Baku Fires" klubunun üzvü Məhəmməd İbiyevi məğlub edib. Onun finalda rəqibi Məsud Yusifzadə olacaq.
56 kq-da favoritlərdən hesab olunan Tural Əhmədov Yaraş Maqomedov (Baku Fires) üzərində qələbə qazanıb.

2009-cu il dünya çempionatının iştirakçısı İlkin Ağayev (60 kq) Fərid Ağamoğlanovu üstələyərək, finala yüksəlib.

Yarışın əsas gözlənilməzliyindən biri 64 kq çəki dərəcəsində qeydə alınıb. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybetulla Hacəliyev İman Əhmədliyə uduzub.
 
Tamerlan Abdullayevin də (69 kq) finala vəsiqə qazanmaması sensasiya sayılmalıdır. Təcrübəli boksçu Pərviz Hüseynova məğlub olub - 1:2.

75 kq çəki dərəcəsində "Baku Fires" klubunun iki üzvü - Nikolay VeselovZaurbek İbrahimov finala yüksəlib.

London Olimpiadasının iştirakçısı Soltan Migitinov (Baku Fires) yarımfinalda Aleksandr Brindini texniki nokautla məğlub edib.
1/4 finalda Hacı Murtuzəliyevi məğlub edən Heydər Heydərov (91 kq) yarımfinalda da qalib gəlib. O, həlledici görüşdə Rahib Məmmədli ilə üz-üzə gələcək.
 
Super ağır çəki dərəcəsində Arslanbek Mahmudovla Asəf Aslanlının döyüşü mübahisə doğurub. Sonda hakimlər 2:1 hesabi ilə üstünlüyü Aslanlıya veriblər. Bu da ölkə çempionatının gözlənilməz nəticələrindəndir.
 
Finalda qarşılaşacaq boksçular: 
49 kq. Salman Əlizadə - Araz İmaməliyev
52 kq. Məsud Yusifzadə - Kamran Məlikov
56 kq. Tural Əhmədov - Umud Rüstəmov
60 kq. İlkin Ağayev - Elməddin İsmayılov
64 kq. Xəzər Əliyev - İman Əhmədli
69 kq. Pərviz Hüseynov - Elnur Süleymanov
75 kq. Zaurbek İbrahimov - Nikolay Veselov
81 kq. Soltan Migitinov - Orxan Mayıllı
91 kq. Rahil Məmmədli - Heydər Heydərov
+91 kq. Asəf Aslanlı - Kamran Mehdiyev

Milli.Az


Tags:  Azərbaycan çempionatında finalçılar bəlli olub

RƏYLƏR


Top news