Bakıda axtarışda olan 5 nəfər tutuldu

Bakıda axtarışda olan 5 nəfər tutuldu
11:59 30 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda axtarışda olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elçin Hacıyev tutulub. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü İsmayıl Muradov tutulub. 

 

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 24-ə keçən gecə Qismət Abdullayeva məxsus, F.X.Xoyski küçəsində yerləşən dərzi sexindən pul, iki ədəd tikiş maşını və bir ədəd ütü oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Cavanşir Musayev tutulub.

 

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 16-da Naxçıvanski küçəsində Elçin Cəfərova məxsus «VAZ-2104» markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Samir Xələfov tutulub.

 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 23-də D.Bünyadzadə küçəsində 1959-cu il təvəllüdlü Rafiq İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Emin Qasımov tutulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR