Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ölkədə hamıya 900 avro verəcək

Bu ölkədə hamıya 900 avro verəcək

Date: 30 December 2015 12:01

Hollandiyada maraqlı bir təklif səsləndirilib. ANS PREESS-in məlumatına görə, Utrecht (Utrex) şəhərinin sakinlərinə ayda əlavə 900 avro yardım təklif edilir.

Təklifə görə, vətəndaşlar istərsə heç bir işlkə məşğul olmadan evdə otura bilər, istərsə də əlavə iş taparaq artıq gəlir əldə edə bilər.

Bu təklifi isə Hollandiya Yaşıllar Partiyasının üzvü olan Heleen de Boer səsləndirib: “Bu yardım sayəsində insanlar evlərində oturaraq rahat şəkildə televizorlarını izləyə biləcəklər. İstər i ş axtarsınlar, istər evdə otursunlar- bunun heç bir fərqi olmayacaq".




İndi bu təklif və onun doğura biləcəyi nəticələr Utrecht universiteteinin iqtisadçısı Loek Groot tərəfindən analiz ediləcək.
Hələlik yardıma nə zaman başlanılacağı bəlli deyil.

İngiltərədə nəşr edilən "Metro" qəzetinin yazdığına görə, bu radikal fikir yoxsulluq tələsinə düşməkdən qurtulmaq üçün həyata keçirilə bilər.

Utrecht Amsterdamdan qatarla 30 dəqiqəlik məsafədə yerləşir. Bu şəhər paytaxtdan sonra ən çox mədəni tədbirin keçirildiyi yerdir.

İngiltərənin də Yaşıllar Partiyası da bənzər bir sistem haqqında düşünür. Ancaq maliyyə mənbələri ilə bağlı narahatlıqlar var.





Tags:  ölkədə hamıya 900 avro verəcək


RƏYLƏR


Top news