31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
2016-cı il 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.
Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.
Milli.Az