Gürcüstanda bir sıra nazirlər dəyişdi

Gürcüstanda bir sıra nazirlər dəyişdi
12:06 30 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan prezidenti yeni baş naziri təsdiq edib.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, Gürcüstanın baş nazir Qeorqi Kvirikaşvili təyin edilib. Həmçinin Gürcüstan parlamenti baş nazir Georgi Kvirikaşvilinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad göstəriblər.

Yeni hökumətin lehinə 86 səs, əlehinə isə 28 səs verilib. İclas zamanı millət vəkillərinin əksəriyyəti hökümət əleyninə çıxışlar ediblər.


Qeorqi Kvirikaşvili - Gürcüstanın baş naziri


Dekabrın 23-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefaya getmişdi. Xarici KİV-lərin məlumatına əsasən, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərargahına başçılıq edəcək.
Amma sonradan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin ölkənin Milli Bankının prezidenti olacağı barədə açıqlama verildi.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR