"Sovetlərdən qalmış kitablardan deyil, yenilikləri əks etdirən kitablardan istifadə etmək lazımdır" - MÜSAHİBƏ

"Sovetlərdən qalmış kitablardan deyil, yenilikləri əks etdirən kitablardan istifadə etmək lazımdır" - MÜSAHİBƏ
12:09 30 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Təbiətin "fotoşop etdiyi" 11 HEYVAN - FOTO (24 May 2017 23:22)
Ruhanilərin sirlərinə aid kitab tapıldı (18 May 2017 02:23)
Təbiətin “fotoşop etdiyi” 11 HEYVAN - FOROLAR (14 May 2017 21:38)

 
Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi olan "Gəncliyin “Uğur formulu”nun qonağı Böyük Britaniyanın London Universitet Kollecinin tələbəsi Mədinə Quliyevadır.
Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü M.Quliyeva Böyük Britaniyanın London Universitet Kollecində yüksək texnologiyalar ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 
 
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
 
- Dünyanın ən tanınmış 50-dən çox universiteti Böyük Britaniyada yerləşir. Düşünürəm ki, bu universitetlərin dünyada tanınmasına səbəb öz sahəsində ən öndə gedən alimlərə sahib olması, yeniliklərə geniş yer verməsi, innovasiya və elmi araşdırmaların tədrisə tətbiqi ilə əlaqədardır. Bir tələbə kimi bunların hamısına şahid olmaq böyük bir xoşbəxtlikdir. Həmin alimlərlə işləmək, fikirlərimi bölüşmək və müzakirə aparmaq mənim üçün bir nailiyyət sayılır.
Nanotexnologiya və Bərpa Tibbi üzrə aparılan tədqiqatların mərkəzindəyəm. Peşəkar alimlərlə tədqiqat aparıram. Qısaca şərh etsəm, arzularımı reallaşdırmaq üçün təcrübə qazanıram. Xaricdə təhsil dünyanı fərqli tərəflərdən öyrənməyə və elmi biliklərlə yanaşı zəngin dünyagörüşünə sahib olmağa imkan verir. Müxtəlif ölkələrdən olan tələbələrin fikirlərini öz fikirlərinlə müqayisə etmək insanın düşüncəsində müsbət dəyişikliklərə səbəb olur. Tələbə öncə sahib olduğu düşüncə tərzini tamamilə dəyişir və seçdiyi sahəyə daha açıq gözlə baxır, yaradıcı yanaşır. Bu dəyişikliklər yalnız akademik səviyyədə yox, həm də insani münasibətlərdə də özünü açıq şəkildə göstərir.
 
- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?
 
- Dərslərimizi alimlərin tədqiqatları üzərində qururuq. Ancaq  güclü baza yaratmaq üçün nanotexnologiyaya, bərpa tibbinə, ifrat toxuma mühəndisliyinə, nano-biotexnologiyaya və səhiyyədə istifadə olunan biomateriallara aid kitablardan da istifadə edirəm. Əslində kitab seçimi çoxdur və ən uyğun olan bölməni kitabdan tapmaq artıq tələbənin məsuliyyətidir.
 
 
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzu edərdiniz?
 
- Bu çox bəyəndiyim suallardan biridir. Düşünürəm ki, hazırkı təhsil sistemimiz ardıcıl islahatlar vasitəsilə tamamilə yenidən qurulmalıdır. Məsələn, müəllimlə tələbə arasında ünsiyyətdə olan maneə aradan qaldırılmalıdır.
İngiltərədə orta məktəb vaxtından təhsil alıram və müəllimlərimlə ünsiyyətdə olanda özümü bir şagird kimi yox, müəllimin bir həmkarı kimi hiss edirdim. Bu, isə mənim gələcəkdə qorxmadan özümə yüksək hədəflər seçməyimə kömək etdi. Bu mühit bizim təhsil sistemimizdə də yaradılarsa, tələbələrdə özünə inamsızlıq aradan qalxmış olar.
Həmçinin, sovetlər dövründən qalmış kitablardan deyil, yenilikləri əks etdirən kitablardan istifadə etmək lazımdır. Bu, xüsusilə tibb sahəsində olanlar üçün çox vacibdir. Fikrimcə, qarşısı tamamilə alınmış xəstəliklərin müalicəsini oxumaqdan çox, hazırkı innovasiyalardan istifadə etmək daha vacibdir. Eləcə də ali məktəb dövründən tələbələr istədiyi sahədə praktiki bacarıqlarını artırarlarsa, bu, gələcək fəaliyyətlərində onlara kömək olardı. Elmi təcrübələrin az aparılması, istehsalat təcrübələrinin  davamlı olmaması da çatışmazlıqlardan biridir. Bunlardan istifadə edildikdə isə dərslər daha maraqlı olacaq.
 
- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?
 
- Mənə hər hansı material lazım olduqda səfirliyimizə müraciət edirəm. İstənilən mövzuda kitablarım olub. Təqdimat üçün Azərbaycanın mətbəxi, memarlığı, tarixi və  muzeylərindən bəhs edən kitablardan istifadə edirəm.
 
- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
 
- Yüksək biliyə malik gənclərimiz çoxdur. Ola bilsin ki, öz potensiallarından tam istifadə edə bilmədikləri mühitlə qarşılaşdıqları üçün təhsil aldıqları ali məktəb onlar üçün maraqsız olsun. Ancaq tələbələrə ruhdan düşməməyi, dərslərdə fəal iştirak etməyi tövsiyə edirəm. Fikrimcə, hər şey tələbənin özündən asılıdır. Harada təhsil almağından asılı olmayaraq, oxumağı sevmək lazımdır. Çünki öyrənmək istəyi güclü olduqda o, öz sahəsinə uyğun kitabları oxuyur, özündə güclü baza yarada bilir.
 
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
 
- Əvvəldə qeyd etdiyim kimi, tələbə və müəllim arasındakı ünsiyyətdə heç bir maneə yoxdur. Öz sahələri üzrə dünyanın  tanınmış alimləri olsalar da, müzakirələrdə səninlə bir həmkar kimi davranırlar. Xaricdə təhsil almağın ən böyük üstünlüklərindən biri mülayim və qarşılıqlı səmimiyyətə əsaslanan müəllim-tələbə münasibətinin şahidi olmaqdır.
 
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
 
- Bəli, mənim üçün bu da çox maraqlı təcrübədir. Fərqli ölkələrdən olan tələbələrin hər birinin öz yeri var. Bu ölkələrin təhsil sistemini öyrənmək, orada baş verən dəyişikliklərin öz ölkəndən və Böyük Britaniyadan hansı cəhətləri ilə fərqləndiyini müqayisə etmək maraqlıdır.
 
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
 
- Düzünü desəm, ixtisaslaşma bizdə çox zəifdir. Bunun səbəbi alimlərin azlığı, araşdırmalarının nəticələrini gənc nəsilə yaxşı ötürə bilməmələridir.
Bütün bunlara baxmayaraq, təhsilimizin uğurları da çoxdur. Bizim tələbələrdə riyaziyyat və fizika fənləri üzrə baza bilikləri daha güclüdür. Tələbələrimizin dünya tarixi və coğrafiyası haqqında məlumatları  çoxdur. Böyük Britaniyada bu dərslər 7-ci sinifdən başlayaraq, seçim əsasında keçirilir. Buna görə də yalnız ixtisaslaşan tələbələrin öz sahələri üzrə bilikləri güclü olur.
 
- Çətinlikləriniz varmı?
 
- Mənim düşüncəmə görə, həyatda çətinlik yoxdur. Çətinlikləri məsələlərə yanaşma tərzimiz və fikirlərimiz yaradır. Əgər insan çətinlik haqqında düşünürsə, bu, baş verəcək.  Çətinlikdən çıxmaq üçün yol axtarırsa, o, mütləq çıxış yolu tapacaq.
 
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
 
- Asudə vaxtımın çox olmasını o qədər də sevmirəm. Həftənin bütün günlərində dərslərimlə məşğul olmağa üstünlük verirəm. Bakalavriat səviyyəsində təhsil aldığım zaman əlavə vaxtım daha çox olurdu, indi isə vaxtım azdır. Boş vaxtlarımda daha çox öz ixtisasımla əlaqəli insanlarla ünsiyyətdə olmağa çalışıram. Maraqlı konfranslara, onlayn sessiyalara qoşulmağı, imkan düşdükcə dünyanın digər nüfuzlu universitetlərindən olan alimlərlə müzakirələr aparmağı sevirəm.
Bundan əlavə, bəzən dostlarımla Böyük Britaniyanın qədim qəsəbələrini gəzirik. Vaxt olduqca əlavə dil öyrənməyə də cəhd edirəm. Həmçinin, zehni yorğunluqdan ayrılmaq üçün müxtəlif rəqs və idman növləri ilə məşğul oluram.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41

Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT

26 İyun 2017 23:37

İngilis futbolçuya 200 milyon funt qiymət qoyulub

26 İyun 2017 23:37

Dənizə ataraq intihara cəhd edib - Bakıda

26 İyun 2017 23:32

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

26 İyun 2017 23:32

1300 uşağı olan poçtalyon

26 İyun 2017 23:28

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

26 İyun 2017 23:24

Köhnə və yeni sevgililəri bənzər olan məşhurlar - FOTO

26 İyun 2017 23:22

Çəhrayının 50 çaları moda ikonalarının obrazlarında - FOTO

26 İyun 2017 23:22

"Akasiya durağı"nın balaca ulduzunun inanılmaz dəyişimi - FOTO

26 İyun 2017 23:17

Dənizdə intihara cəhd

26 İyun 2017 23:14

Lavrov və Tillerson arasında telefon danışığı olub

26 İyun 2017 23:12

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

26 İyun 2017 23:05

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

26 İyun 2017 23:03

Hamilələr adam öldürə bilər - Yeni qanun

26 İyun 2017 22:57

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

26 İyun 2017 22:57

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 22:57

Pakistanda baş verən yanğında ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 22:53

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:47

Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTO

26 İyun 2017 22:47

Öndə komandirlər gedirdi...

26 İyun 2017 22:37