Dərbənd: “Narın Qala”da turistlərə atəş açılıb

Dərbənd: “Narın Qala”da turistlərə atəş açılıb
12:13 30 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Rusiya İstintaq Komitəsinin Dağıstan rayonu üzrə İstintaq İdarəsinin rəsmi nümayəndəsinin məlumatına əsasən, Dərbənddə baş verən atışma nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqatın versiyasına görə, dekabrın 30-da axşam saatlarında Dərbənddə “Narın Qala” kompleksinin baxış meydançasının qarşısında təxminən 20 nəfərlik turist qrupu yaxınlıqdakı şam meşəsindən avtomat silahlardan atəşə tutulub. Nəticədə 11 nəfər müxtəlif dərəcəli güllə yarası alıb, onlardan biri sonradan ölüb.
Hadisə yerindən qaçan cinayətkarların axtarışı davam edir. Hücum faktına görə üç maddə üzrə cinayət işi açılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Derbend_Narin_Qalada_turistlere_ates_achilib-915491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR