Bakı, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək istirahət günü olması ilə əlaqədar nəqliyyat vasitələrinin rayonlara hərəkət intensivliyinin artacağını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bayram günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq vətəndaşlara səfərlərini daha erkən saatlara planlaşdırımaları tövsiyə olunur.