Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan Nadir şah Əfşar dövləti" Türkiyədə təqdim olundu

"Azərbaycan Nadir şah Əfşar dövləti" Türkiyədə təqdim olundu

Date: 30 December 2015 12:22

İstanbulda "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.

Milli.Az bildirir ki, İstanbul şəhərində Türkiyə Aydınlar Ocağının təşkilatçılığı ilə professor Cahangir Hüseynovun Azərbaycanın görkəmli dövlət xadimi, Şərqin ən qüdrətli fatehlərindən sayılan, xalqımızın böyük oğlu Nadir şah Əfşara həsr edilmiş "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir.

Nəşrdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz yazdığı və redaktoru olduğu "Nadir şah Əfşar: diplomatik yazışmalar" adlı sənədlər toplusunun da materialları yer almışdır. 

Mərasimdə Türkiyənin bir sıra tanınmış qələm sahibləri, yazıçı və tədqiqatçıları çıxış edərək nəşri yüksək qiymətləndirmiş, kitabın Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyədə təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər. Kitabın müəllifi Cahangir Hüseynov öz çıxışında akademik Ramiz Mehdiyevin diplomatik sənədlər toplusuna yazdığı ön sözə toxunaraq, onun Nadir şah ətrafındakı bir sıra mübahisələrə, müəmma və təhriflərə tutarlı cavab olduğunu xüsusilə vurğulamış, fars dilindən tərcümə edilmiş orijinal sənədlərin isə danılmaz sübut kimi ictimaiyyətin ixtiyarına verilməsini mühüm elmi hadisə kimi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Onun sözlərinə görə, akademikin Nadir şah irsinin sistemli tədqiqi istiqamətindəki çağırışlarına tarixçilərimiz zəruri həssaslıqla yanaşmalı, bu istiqamətdəki axtarışlarını intensivləşdirməlidirlər. Türkiyədə nəşr edilən bu kitab Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilmişdir.

Milli.Az


Tags:  Azərbaycan Nadir şah Əfşar dövləti Türkiyədə təqdim olundu


RƏYLƏR


Top news