FİFA prezidenti olmaq istəyənlər üçün təklif irəli sürüldü

FİFA prezidenti olmaq istəyənlər üçün təklif irəli sürüldü
12:27 30 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

"ESPN" telekanalı FİFA prezidenti olmaq istəyən namizədlərə canlı yayımda debat təşkil etməyi təklif edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, telekanal debatı yanvarın 29-da, Londonda keçirməyi planlaşdırır. Artıq namizədlərdən Jerom Şampan bu təkliflə razılaşıb.
"Bizim məqsədimiz futbolun gələcək idarəçiliyi haqqında açıq müzakirələrə meydan açmaqdır. Bu debatlar hansı namizədin dünya futbolunda daha güclü mövqeyi olduğunu müəyyənləşdirəcək", - ESPN tərəfindən verilən bəyanatda deyilir.
FİFA-nın yeni prezidentinin adına fevralın 26-da aydınlıq gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR