Bakıda ticarət mərkəzinin qabağında gənc bıçaqlandı (VİDEO)

Bakıda ticarət mərkəzinin qabağında gənc bıçaqlandı (VİDEO)
12:31 30 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda 24 yaşlı gənc bıçaqlanıb.

ANS TV-nin məlumatına görə, hadisə Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərinin birinin qarşısında baş verib. Hadisə zamanı paytaxt sakini 24 yaşlı Vladislav Levski naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı hadisədən sonra dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib.

Müayinə zamanı yaralının 4 bıçaq xəsarətinin alması məlum olub.

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24 cü polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda qardaş öz qardaşına bıçaq xəsarəti yetirərək öldürüb. Hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.

Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Əbülfət Həbibov hadisə yerində dünyasını dəyişib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR