İlin son gününə olan HAVA PROQNOZU

İlin son gününə olan HAVA PROQNOZU
12:54 30 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı,  bəzi yerlərdə sulu qar, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  sabah havanın temperaturu gecə  və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu Aran rayonlarında gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR