Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan Kəbəyə daxil oldu (FOTO)

Ərdoğan Kəbəyə daxil oldu (FOTO)

Date: 30 December 2015 12:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Məkkə şəhərini ziyarət edib.

ANS PRESS-in Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, Ərdoğan Kəbə evinə daxil olub. Ziyarət gecə saatlarında baş tutub. Ərdoğanla bərabər onun nümayəndə heyəti də Kəbənin içərisinə daxil olublar.

Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Energetika və Təbii Sərvətlər Naziri Berat Albayraq və digər nazirlər müşayiət ediblər.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kəbə ziyarəti


1994-cü ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev də Ümrə ziyarətində olarkən Kəbə evinə daxil olub.

Bu ilin aprelində isə Səudiyyə Ərəbistanı səfəri zamanı prezident İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf ediblər və məsciddə namaz qıldılar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada da namaz qıldılar.


Prezident İlham Əliyev və ailəsi Kəbə ziyarətində


Tags:  Ərdoğan Kəbəyə daxil oldu FOTO


RƏYLƏR


Top news