Stilist Samirin geyimi haqda: "Qolundakı 3 manatlıq saatı..."

Stilist Samirin geyimi haqda: "Qolundakı 3 manatlıq saatı..."
13:01 30 Dekabr 2015
85 Şou
Ölkə mətbuatı
A- A+

“Onlar” verilişinin “Fashion” rubrikasının növəti hədəfi aparıcı Samir Bayramlı olub.

Axşam.az-ın məlumatına görə, stilist Nəsir Babayev aparıcının geyim tərzini analiz edib.

S.Bayramlı özünü zövqlü hesab etdiyini bildirib:

“Əminəm ki, yaxşı geyinirəm. Hara nə geyinmək lazım olduğunu bilirəm. Ən əsası özümə yaraşanı istifadə edirəm. Bir dəfə ağ köynəyə ehtiyacım var idi. 575 manata onu aldım. Amma qolumdakı saatı 3 manata almışam. Mənim üçün brendin, bahanın və ya ucuzun fərqi yoxdur”.

N.Babayev S.Bayramlının geyim tərzi haqda bunları deyib:

“Zövqlü aparıcıdır. Özünə yaraşmayanı geyinmir. Ucuz nağazadan da geyinmək olar. Əsas odur ki, zövqlü olsun. Qolundakı 3 manatlıq saat heç də ucuz görünmür. Geyimi normaldır. Köynəyini, ayaqqabısını və şalvarını bəyəndim. Bircə qolundakı qırmızı qolbağ libasına uyğun gəlmədi”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR