Saatlıda qadın özünü güllələyib

Saatlıda qadın özünü güllələyib
13:03 30 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov-Trend:

Saatlı rayonunda qadın ehtiyatsızlıqdan güllə yarası alıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 29-da Saatlı rayonunun Azadakənd kəndində baş verib. Kənd sakini Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

Araşdırmalar aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2475786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR