“The Blood of Karabakh” – “Qarabağ qanı” adlı sənədli filmi təqdim olunub

“The Blood of Karabakh” – “Qarabağ qanı” adlı sənədli filmi təqdim olunub
13:08 30 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin (İB) təşkilatçılığı və Avrasiya Prodakşn tərəfindən “The Blood of Karabakh” layihəsi çərçivəsində sənədli filmin təqdimatı keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “The Blood of Karabakh” adlı sənədli filmin hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, beynəlxalq aləmdə Qarabağda baş verən tarixi hadisələrə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı tarixin yaddaşlardan silinməməsi üçün film şəklində yaddaşda saxlanılmasına xidmət göstərməkdən ibarətdir.
Layihə rəhbəri İmaməddin Quliyev deyib ki, layihə Qarabağda baş verən tarixi döyüşləri və azərbaycanlılara qarşı soyqırımları, eləcə də erməni təcavüzünü xarici auditoriyalara ingilis dilində qısametrajlı film vasitəsilə çatdırmağa imkan verir. Tarixi faktlara əsaslanaraq hazırlanan filmin ingilis dilində olması dünya ictimaiyyətinin diqqətini bir daha Qarabağ probleminə yönəldəcək. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq azərbaycanlı gənclərin daha da fəal iştirakını təmin etmək üçün onların vasitəsilə yaşadıqları, oxuduqları ölkələrdə bu filmin təbliğ edilməsi üçün daim birgə işlər aparılacaq.
Qeyd edək ki, “The Blood of Karabakh” filminin çəkilişləri zamanı Qarabağ müharibəsi iştirakçılarından, qazilərdən və tarixçilərdən müsahibələr götürülüb.
Filmin ssenari müəllifi Rey Kərimoğlu, rejissoru isə Nicat Cəlilovdur.
Filmi aşağıdakı linkə daxil olaraq baxmaq mümkündür. https://www.youtube.com/watch?v=BGSPWfGaUqI
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/The_Blood_of_Karabakh___Qarabag_qani_adli_senedli_filmi_teqdim_olunub-915513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR