Rusiyada rublun ABŞ dollarına olan kursu yeni "qara rekord" vurub. Bu gün səhərdən etibarən 1 dollar 73,14 rubla satılıb ki, bu da 2014-cü ilin dekabr ayından bəri ən pis nəticədir.
Milli.Az Moskva Birjasına istinadən bildirir ki, Rusiyanın milli valyutasına mənfi təsir edən başlıca amil dünya bazarlarında neftin qiymətinin geriləməsidir.
Rusiya Bankının pul-kredit siyasəti departamentinin direktoru İqor Dmitriyevin dediyinə görə, rublun volatilliyi azalır və bu səbəbdən Rusiya iqtisadiyyatı kənar şərtlərə uyğunlaşmalıdır.
Rusiya Əmanət Bankının prezidenti German Qref isə bəyan edib: "Gələn il rublun kursu neftin qiymətlərinin ardınca azalacaq. Neftin qiyməti ilə bağlı dəqiq proqnoz verə bilmərəm. Çünki indiyədək dəfələrlə səhv etmişəm".
Milli.Az