“Lukoil” tarixində ilk dəfə 100 milyon ton neft hasil edib

“Lukoil” tarixində ilk dəfə 100 milyon ton neft hasil edib
13:18 30 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın ikinci böyük neft şirkəti olan “Lukoil” tarixində ilk dəfə 100 milyon ton xam neft hasil edib.
AZƏRTAC xəbər verir ki, şirkətdən edilən şərhdə “Lukoil”un builki neft hasilatının 2014-cü illə müqayisədə 4,5 faiz artaraq 100 milyon ton sərhədini keçdiyi bildirilir.
Şirkət keçən il hasilatını 7 faiz artıraraq 97,2 milyon tona çatdırmışdı. Həmin hasilatın 86,3 milyon tonu Rusiyada həyata keçirilmışdı.
2016-ci ildə isə “Lukoil”un Rusiyadakı hasilatının 84 milyon ton olacağı planlaşdırılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lukoil_tarixinde_ilk_defe_100_milyon_ton_neft_hasil_edib-915517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR