ABŞ-ın Las-Veqas şəhərindəki Məscide Tovhidanın qapısından naməlum şəxs donuz əti tikələri asıb.
Donuz ətini məscidin işçiləri səhər namazına gələndə görüblər.
Milli.Az Breaking911.com-a istinadən bildirir ki, polis və Federal Təhqiqat Bürosu olayı araşdırır.
"Məscidi təhqir etməyə yönəlmiş bu cəhd qorxutma və nifrət aktıdır. Günahkarlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar", - Amerika İslam Münasibətləri Cəmiyyətinin direktoru İbrahim Huper deyib.
Milli.Az