Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovskidən

13:23 30 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində Sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.
Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Hörmətlə,
Vladimir Jirinovski
Rusiya Federasiyasının Dövlət Dumasında
RLDP fraksiyasının rəhbəri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Federasiyasinin_Dovlet_Dumasinda_RLDP_fraksiyasinin_rehberi_Vladimir_Jirinovskiden-915518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR