Qaradağ rayonunda yeni Gənclər evi istifadəyə verilib

13:28 30 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Dekabrın 30-da Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin (GİN) sifarişi ilə tikilən Gənclər evi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, tikintisinə 2013-cü ildə başlanılan mərkəzin üçmərtəbəli binası üç mərtəbədən və zirzəmidən ibarətdir.
Mərkəzin zirzəmisindəki altı otaqda xalçaçılıq və toxuculuq dərnəyi, kompyuter qrafikası kursu fəaliyyət göstərir. Birinci mərtəbədə gənclər və idman idarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşələr yerləşir.
Mərkəzin ikinci mərtəbəsinə internet klub, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat və digər masaüstü oyunlar, musiqi dərnəkləri daxildir. Üçüncü mərtəbədə isə videostudiya, gənclər üçün qaynar xətt xidməti, inzibati otaqlar yerləşir.
Tikintisi bu ilin mayında başa çatdırılan binada hər cür şərait yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradag_rayonunda_yeni_Gencler_evi_istifadeye_verilib-915521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR