Dövlət hesabına 4 uşaq üzərində koxlear implantasiya əməliyyatı aparılıb

13:33 30 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilin sentyabrında Səhiyyə Nazirliyində koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə komissiya yaradılıb. Qısa müddətdə komissiyaya 52 nəfər müraciət edib. Artıq 4 uşağa dövlət hesabına koxlear implantasiya əməliyyatı uğurla icra edilib.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib. Şöbə müdiri bildirib ki, görülən tədbirlər nəticəsində ölkəmizdə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib. Əgər 2010-cu ildə respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edib. Beləliklə, ana ölümü əmsalı hər 100 min diridoğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enib.
G.Poladov onu da qeyd edib ki, əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif tibbi müayinələrə cəlb olunub. Bu da xəstəliklərin vaxtında aşkarlanmasına öz müsbət təsirini göstərib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_hesabina_4_usaq_uzerinde_koxlear_implantasiya_emeliyyati_aparilib-915529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR