Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Date: 30 December 2015 13:33


Bakı, 30 dekabr, AZƏRTAC 
Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan professor H. Məmmədov dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.
Rektor ölkəmizin inkişaf etdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər də əlamətdar gün münasibətilə xoş arzularını ifadə ediblər.

Tags:  AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub


RƏYLƏR


Top news