​Naxçıvanda qanunsuz yaşayan və işləyən 299 əcnəbi aşkarlanıb

13:42 30 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bunu Naxçıvan Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə xidmətin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov deyib.
O bildirib ki, onlardan 69-u barəsində Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, cərimə inzibati tənbeh növü tətbiq edilib, 210-u 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 20-si isə inzibati qaydada ölkə hüdudlarından kənarlaşdırılıb: "Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 11 min 837 müraciət daxil olub. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron ünvanına, ümumilikdə, 2836 müraciət ünvanlanıb".
E.Məmmədov qeyd edib ki, bu il əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 701 müraciət daxil olub: "Müraciətlərdən 641-i icra olunub, 9-dan imtina edilib, 51-i isə hazırda icra mərhələsindədir. Bu dövr ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 7 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 6-sı icra olunub, 1-i isə icraatdadır". 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/naxcivanda-qanunsuz-yasayan-ve-isleyen-299-ecnebi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR