İcra hakimiyyəti işçisinin ölüm səbəbi bilindi

İcra hakimiyyəti işçisinin ölüm səbəbi bilindi
13:46 30 Dekabr 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəzi mətbuat vasitələri və sosial şəbəkələrdə Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elşən Sadıqovun intihar etməsi xəbəri həqiqəti əks etdirmir".

Bu barədə ANS PRESS-ə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Nəsir Muxtarlı deyib. Onun sözlərinə görə, E. Sadıqov öz əcəli ilə ürək tutmasından yaşadığı evdə dünyasını dəyişib: "Mərhum 1984-cü ildə Masallı rayonunun Kolatan kəndində dünyaya gəlib və bu yaxınlarda ailə həyatı qurmuşdu. Onun həyat yoldaşı xəstəlikdən əziyyət çəkdiyi üçün rayonun tibb müəsisəsində müalicə edilirdi. E. Sadıqov həmin gün də xəstəxanada olan həyat yoldaşına baş çəkdikdən sonra evə gedib. Elşənin atası axşam saatlarında, onun zənglərə cavab vermədiyini görüb evinə gəlib. Mənzilə daxil olduqda isə oğlunun ürək tutmasından öldüyünü görüb".

İcra müavini E. Sadıqovun intihar etməsi ilə bağlı yayılan məlumatlardan onun ailəsinin narahatçılıq keçirdiyini bildirdi.

Masallı Rayon Prokurorluğundan da mərhumun ürək tutmasından öldüyünü, heç bir intihar detalı olmadığını bildirdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR