Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır

Date: 30 December 2015 13:48


Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov AZƏRTAC-a müsahibəsində deyib.
E.Səfərov bildirib ki, Məlumat Bankında uşaqlar haqda bütün məlumatlar toplanacaq. Həmin Bankda 38 bənd üzrə məlumatlar olacaq. Uşaqların bilik səviyyəsi, yaşayış yeri, aliment və sosial müavinət alıb-almamağı, habelə digər məsələlərlə bağlı ətraflı məlumatlar da Məlumat Bankında toplanacaq.
Qeyd edib ki, Uşaq Məlumat Bankı üzərində 7 dövlət qurumu tərəfindən iş aparılır, Məlumat Bankın maketi, texniki komponentləri artıq hazırlanıb.

Tags:  Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır


RƏYLƏR


Top news