Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Date: 30 December 2015 13:52

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində Sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.

Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Milli.Az


Tags:  Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

RƏYLƏR


Top news