2 gündə 2 kq arıqladan kivi pəhrizi

2 gündə 2 kq arıqladan kivi pəhrizi
13:52 30 Dekabr 2015
256 Sosial
Ölkə mətbuatı
A- A+

Bayram günü ideal görünmək istəyirsinizsə, o zaman vitamin anbarı sayılan kivinin möcüzəli təsirinə etibar edin.

Sizi narahat edən artıq çəkidən xilas olmağı arzulayırsınızsa, 2 günə 2 kq arıqladan kivi pəhrizini saxlayın.  
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, dietoloqlar da bayram süfrəsində kivini bol etməyi məsləhət görürlər.
 
Vitamin və mineral anbarı olan kivi immunitet sistemini gücləndirir, soyuqdəymə ilə mübarizə aparır, toksinlərdən təmizləyir, sellüliti aradan qaldırır və  ən nəhayət, piyləri effektli şəkildə yandırır. Bu qədər faydalarına rəğmən, kivinin 100 qramı 60 kaloridir.
 
Səhər yeməyi: 1 kivi, 1 stəkan qatıq, 1 dilim tost çörəyi
Saat 11:00 - 13:00 arası: 1  kivi
Günorta: Tərəvəz şorbası, doyana qədər kivi
Saat 15:00 - 17:00 arası: 2 kivi
Axşam: 1 kivi, 2 qaynamış yumurta, 1 boşqab tərəvəz yeməyi və ya 100 qram ət
Xəbərdarlıq: Bu pəhriz zamanı şəkərsiz yaşıl çay və suyu istədiyiniz qədər içə bilərsiniz. Kivi pəhrizini 2 gündən artıq saxlamaq olmaz.  
 
Pəhrizi davam etdirmək üçün ən azı 4 gün fasilə verməlisiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/394275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR