Araq və siqaret qaçamalçıları saxlanıldı

Araq və siqaret qaçamalçıları saxlanıldı
13:54 30 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan xeyli miqdarda spirtli içki və siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşları - Elmir Musayevin idarə nəqliyyat vasitəsindən 124 ədəd 1 litrlik “Russkiy standart”, Fuad Ocaqverdiyevin idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 58 ədəd 1 litrlik və 9 ədəd 0,5 litrlik “Nemirov” araqları, Rövşən Atakişiyevin idarə etdiyi nəqliyyat vasitəsindən 16400 ədəd “Marlboro”, 11400 ədəd “Marlboro touch”, 7200 ədəd “Parlament” və 4800 ədəd “Vinston” siqaretləri, Teymur Əliyevin idarə etdiyi “Mercedes-Benz C180”markalı nəqliyyat vasitəsindən isə 3000 ədəd “Marlboro” siqareti gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb. Bütün faktlarla bağlı araşdırmaaparılır.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR