Jrinovskidən İlham Əliyevə məktub

Jrinovskidən İlham Əliyevə məktub
14:01 30 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Dövlət Dumasının üzvü, RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski İlham Əliyevə təbrik ünvanlayıb.

Jirinovski Azərbaycan prezidentini ad günü münasibəti ilə təbrik edib.

O, dövlət başçısını doğum günü münasibətilə RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edib.

"Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.

Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü dekabrın 24-də qeyd edilib. Dövlət başçısının həmin gün 54 yaşı tamam olub.

Doğum günü münasibəti ilə bir çox ölkələrin dövlət və hökumət başçılsarı, o cümlədən Rusiya və Türkiyə prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarlarını təbrik edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR