Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Goranboyda məskunlaşan məcburi köçkünlərə ərzaq yardımı aparıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Goranboyda məskunlaşan məcburi köçkünlərə ərzaq yardımı aparıb
14:03 30 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Goranboyda Gəmiçiliyin himayəsində olan Qarabağın müxtəlif rayonlarından olan 3350 məcburi köçkünə ərzaq yardımı aparıb.
Gəmiçilikdən AZƏRTAC-a bildirilib ki, bayram ərəfəsində keçirilən görüşdə doğma yurdlarını tərk etmiş həmvətənlərimiz dövlət qayğısına və daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dənizçilərə aydın səma və əmin-amanlıq arzulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Xezer_Deniz_Gemichiliyi_Goranboyda_meskunlasan_mecburi_kochkunlere_erzaq_yardimi_aparib-915536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR