Azərbaycan Prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb

14:12 30 Dekabr 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, sərəncama əsasən, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödəniləcək. 
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılacaq.
Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etməlidir. 
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-azteminatli-ailelere-birdefelik-yardim-gosterilmesi-haqqinda-serencam-imzalayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR