Braziliyalı futbol əfsanəsi Ronaldo bir neçə gün əvvəl Fabio Kapellonun onun barəsində səsləndirdiyi fikirlərə reaksiya göstərib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sambaçı", öz növbəsində, Kapellonun futbolçuları motivasiya etməkdə problem yaşadığını qeyd edib.
"Kapello öz vaxtında, 90-cı illərdə böyük məşqçi olub. 2006-cı ildə "Real"a boğulmuş halda gələndə artıq futbolçuları motivasiya edə bilmirdi. Buna sübut kimi onun son illərdə işlədiyi komandalarda nəticə verə bilməməsi göstərilir".
Kapello 1996-97 və 2006-07-ci illərdə "kral klubu"nu çalışdırıb. Ronaldo isə 2002-2007-ci illərdə "Real"ın uğurları üçün tər töküb.
Xatırladaq ki, italyan mütəxəsis "Real"da çalışdığı dönəmdə Ronaldonun artıq çəkidən əziyyət çəkdiyini və bu səbəbdən komandaya mənfi təsir qoyduğunu demişdi.
Milli.Az