Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakəndə ferma yandı

Balakəndə ferma yandı

Date: 30 December 2015 14:17

KANAL S (REGİON TV) xəbər verir ki, Balakənin Katex kəndində yanğın hadisəsi qeydə alınıb. Kənd sakini Kənan Piriyevə məxsus, ümumi sahəsi 820 kv.m olan ferma tipli mal damı yanıb. Hadisə nəticəsində tikilinin çardaq hissəsinin yanar konstruksiyaları və 40 ton quru ot yararsız hala düşüb. Əraziyə FHN-in Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Balakəndə ferma yandı

RƏYLƏR


Top news